Volodimir Zelenski: ''Ukraynanın havadan müdafiə sistemi gücləndirilməlidir''

Ukrayna prezidenti Volodimir Zelenski rəsmi internet səhifəsində etdiyi paylaşımda Rusiyanın iyulun 18-də gecə radələrində Ukrayna limanlarına etdiyi hücumu qiymətləndirib.

2013611

Rusların gün ərzində Odessa, bölgədəki yaşayış məntəqələri, Çornomorsk və limanlara hücumlar təşkil etdiyini bildirən Volodimir Zelenski deyib: "Bu, Rusiyanın genişmiqyaslı müharibəyə başladığından bəri bəlkə də Odessaya ən böyük ziyan vurmaq cəhdi idi".
Volodimir Zelenski Ukraynanın hava hücumundan müdafiə sistemini gücləndirməyə çağırıb. “Biz hər bir oxşar hücumdan sonra tərəfdaşlarımızı Ukraynanın hava qalxanını gücləndirməyə çağırırıq”,-deyə Ukrayna lideri vurğulayıb.

Volodimir Zelenski deyib ki, rusların həyata keçirdiyi hücumun hədəfi təkcə Ukraynanın və xalqının həyatı deyil. Hücuma məruz qalan limanlarda bir milyon tona yaxın ərzaq məhsulu vardı. Bu məhsullar Afrika və Asiya ölkələrinə göndəriləcəkdi.Hücuma məruz qalan limanda Çinə göndəriləcək 60 min ton kənd təsərrüfatı məhsulu vardı.

Ukrayna lideri Volodimir Zelenski həmçinin Rusiyanın hücumlarından hamının təsirləndiyini qeyd edib.

Әlaqәli Xәbәrlәr