Kataniya hava limanı iyulun 19-dək bağlandı

İtaliyanın Kataniya şəhərindəki Vinçenzo Bellini Beynəlxalq Hava Limanının fəaliyyəti baş verən yanğınla əlaqədar iyulun 19-dək dayandırılıb.

2012550
Kataniya hava limanı iyulun 19-dək bağlandı

İtaliyanın Kataniya şəhərindəki Vinçenzo Bellini Beynəlxalq Hava Limanının fəaliyyəti baş verən yanğınla əlaqədar iyulun 19-dək dayandırılıb.

İtaliya media orqanlarının yaydığı məlumata əsasən, dünən gecə radələrində Kataniya hava limanında naməlum səbəbdən yanğın baş verib.Yanğın yanğınsöndürənlərin müdaxiləsi nəticəsində söndürülüb.

Hadisə nəticəsində ölən və ya  yaralanan olmayıb.

Kataniya hava limanının ''Twitter'' səhifəsində edilən paylaşımda  hava limanının fəaliyyətinin iyulun 19-u yerli vaxtla saat 14.00-a qədər dayandırıldığı bildirilib.



Әlaqәli Xәbәrlәr