İsveç Türkiye ilə birlikdə beynəlxalq terrora qarşı mübarizə aparacağını bildirdi

İsveçin müdafiə naziri Pal Jonson ölkəsinin Türkiye ilə birlikdə beynəlxalq terrora qarşı mübarizə aparacağını bəyan edib.

2011094
İsveç Türkiye ilə birlikdə beynəlxalq terrora qarşı mübarizə aparacağını bildirdi

İsveçin müdafiə naziri Pal Jonson ölkəsinin Türkiye ilə birlikdə beynəlxalq terrora qarşı mübarizə aparacağını bəyan edərək deyib:

“Özümüzü terror təşkilatı PKK-nın İsveçdəki fəaliyyətinin qarşısını almağa həsr edəcəyik”.

Conson "Aftonbladet" qəzetinə verdiyi bəyanatda Litvada keçirilən NATO sammitində Türkiye, İsveç və NATO arasında uzlaşmanı və Türkiyenin İsveçin NATO-ya üzvlük protokolunu Türkiye Böyük Millət Məclisinə (TBMM) təqdim etməsi qərarını dəyərləndirib.

Conson "Beynəlxalq terrora qarşı Türkiye ilə birlikdə mübarizə aparacağıq. Özümüzü terror təşkilatı PKK-nın İsveçdəki fəaliyyətlərinin qarşısını almağa həsr edəcəyik. Bu, həm bizim təhlükəsizliyimiz, həm də Türkiyenin təhlükəsizliyi üçün vacibdir" ifadəsini işlədib.
Jurnalist “Vilnüsdəki görüşdə Türkiye ilə əldə edilən razılaşma nəticəsində İsveç YPG/PYD və FETÖ-nü terror təşkilatı kimi görürmü?” sualını verib. Conson “Mən buna dəqiq cavab verə bilmərəm, çünki iclasda iştirak etməmişəm, orada ədliyyə naziri Qunnar Strömmer var idi” deyə cavab verib.

Conson qeyd edib ki, Türkiye, İsveç və Finlandiyanın imzaladığı üçtərəfli memorandumda hansı terror qruplarına qarşı mübarizə aparmaq məsələsi də yer alıb.

Qeyd edək ki, 28 iyun 2022-ci il tarixində Madriddə keçirilən NATO zirvə toplantısında imzalanan memorandumda "Finlandiya və İsveç gələcək NATO müttəfiqləri olaraq Türkiyeni milli təhlükəsizliyinə qarşı bütün təhdidlərə qarşı tam dəstəkləyirlər. Bu çərçivədə Finlandiya və İsveç, PYD/YPG və Türkiyedə FETÖ olaraq təyin olunan təşkilata dəstək verməyəcəklər.Türkiye də Finlandiya və İsveçə milli təhlükəsizliklərinə qarşı bütün təhdidlərə qarşı tam dəstək verir” ifadələri yer alıb.

Türkiye, İsveç və NATO arasında Vilnüsdə keçirilən üçtərəfli görüşdən sonra verilən yazılı açıqlamada "İsveç YPG/PYD-yə və Türkiyedə FETÖ olaraq təyin olunan təşkilata dəstək verməyəcəyini bir daha təkrar edir" ifadəsi də İsveçin bu mövzuda vədini ortaya qoyur.



Әlaqәli Xәbәrlәr