Yens Stoltenberq Türkiye ilə ABŞ arasında dialoqu alqışladığını bildirdi

NATO-nun Baş katibi Yens Stoltenberq Türkiye ilə Amerika Birləşmiş Ştatları arasında F-16-larla bağlı dialoqu alqışladığını bildirib.

2009700
Yens Stoltenberq Türkiye ilə ABŞ arasında dialoqu alqışladığını bildirdi

NATO-nun Baş katibi Yens Stoltenberq Türkiye ilə Amerika Birləşmiş Ştatları arasında F-16-larla bağlı dialoqu alqışladığını bildirib.

Stoltenberq bu gün Litvanın paytaxtı Vilnüsdə başlayacaq NATO Sammiti öncəsi keçirilən forumda çıxış edib.

Yens Stoltenberq həmçinin bildirib ki, Türkiyenin ABŞ-dan F-16 qırıcıları almaq planı dünən Türkiye, İsveç və NATO arasında İsveçin NATO-ya üzvlük müraciəti ilə bağlı əldə olunan razılaşmanın bir hissəsi deyil.

Qeyd edək ki,  Stoltenberq iyulun 10-da Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Zirvəsindən əvvəl prezident Rəcəb Tayyib Ərdoğan və İsveçin Baş naziri Ulf Kristersson ilə görüşdükdən sonra jurnalistlərin İsveçin NATO-ya üzvlük müraciəti ilə bağlı suallarını cavablandırıb.

Stoltenberq "Türkiye və İsveç bu gün ikitərəfli təhlükəsizlik mexanizminin yaradılması ilə bağlı razılığa gəliblər. NATO da bu sahədə işlərini ciddi şəkildə artıracaq. Mən NATO tarixində ilk dəfə olaraq Terrorla Mübarizə üzrə Xüsusi Koordinator təyin edəcəyəm" deyib.

Stoltenberq Türkiye ilə İsveç arasında yaradılmasına qərar verilən ikitərəfli təhlükəsizlik mexanizminin yeni danışıqlar prosesi olmadığını, keçən il Madriddə keçirilən sammitdə razılaşdırılmış məsələlərin həyata keçirilməsi ilə bağlı olduğunu bildirib.

Türkiye ilə İsveçin ifadə etdiyi narahatlıqlar mövzusunda həmfikir olunduğunu bildirən Stoltenberq ortaq nöqtə tapdıqlarını və bu istiqamətdə irəlilədiklərini vurğulayıb.

Yens Stoltenberq Türkiye ilə İsveç arasında ikitərəfli təhlükəsizlik mexanizminin ildə bir dəfə yüksək səviyyəli toplantı keçirəcəyini və terrorun bütün forma və təzahürləri ilə mübarizə aparılacağını bildirib:

"Terrorla Mübarizə Xüsusi Koordinatoru terrorla mübarizə səylərimizi gücləndirəcək. Bu, Türkiyenin tələbi idi. Bugünkü razılaşmanın bir hissəsi olaraq xüsusi koordinator təyin etməkdən mən də məmnunluq duyuram".



Әlaqәli Xәbәrlәr