“EasyJet” 2023-cü ilin sentyabrına qədər 1700 reysi ləğv etdi

Şirkətdən verilən açıqlamada bildirilir ki...

2009393
“EasyJet” 2023-cü ilin sentyabrına qədər 1700 reysi ləğv etdi

 

  Böyük Britaniyanın aparıcı aviaşirkətlərindən biri olan “EasyJet” 2023-cü ilin sentyabr ayına qədər 1700 reysi ləğv etmək qərarına gəldi.

  Şirkətdən verilən açıqlamada bu ilin iyul, avqust və sentyabr aylarında paytaxt Londondakı “Gatwick” hava limanından edilməsi planlaşdırılan 1700 reysin ləğv edildiyi bildirilir.

  Uçuşların təxirə salınmasına səbəb kimi Avropa hava məkanında tıxac və hava hərəkətinə nəzarətdəki çətinliklər göstərilib.

  Ləğvlərdən təsirlənən sərnişinlərin 95 faizinin başqa reyslərə köçürülüb.

  Qeyd edək ki, davam edən Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Ukrayna hava məkanının uçuşlara bağlanması səbəbiylə bu yay hava yolu şirkətləri çox çətin şərtlərlə üzləşib.



Әlaqәli Xәbәrlәr