“Ocean Gate” “Titan”a görə fəaliyyətini dayandırdı

Bu barədə şirkətin saytında yazılıb

2008241
“Ocean Gate” “Titan”a görə fəaliyyətini dayandırdı

 

  “OceanGate Expeditions” şirkəti sualtı qayıq “Titan”ın iyun ayında Atlantik okeanında batması ilə əlaqədar fəaliyyətini dayandırdığını elan edib. Bu barədə şirkətin saytında belə yazılıb: “OceanGate” bütün tədqiqat və kommersiya fəaliyyətini dayandırır".

  Xatırladaq ki, iyunun 19-da şirkətin “Titanik”in batdığı yerə turistləri çatdırmaq üçün nəzərdə tutulmuş “Titan”la əlaqəsi kəsilmişdi. Üç gün sonra ABŞ Sahil Mühafizəsinin şimal-şərq bölməsi “Titanik” yaxınlığında dağıntıların aşkar etmişdi.

  “Titan”ın göyərtəsində “OceanGate Expeditions” şirkətinin rəhbəri Stokton Raş, fransız akvanavt Pol-Henri Narjolet, təyyarə satışı və istismarı ilə məşğul olan “Action Aviation” şirkətinin sahibi britaniyalı milyarder Həmiş Hardinq, pakistanlı iş adamı Şahzadə Davud və oğlu Süleyman var idi.

  “Titanik” gəmisinin qəzaya uğradığı yerə səfəri zamanı “Titan” sualtı qayığı partlayıb və 5 nəfərin ölümünə səbəb olub.

  “Titan”ın qalıqlarının ilk parçalarının Kanadanın Sankt-Cons (St.John's) limanında kranlarla gəmidən boşaldılan hissələri plastik qoruyucu örtüklərlə saxlanılır. İnsan qalıqları da sualtı qayığın səthə çıxarılan ilk hissələrində tapılıb.

  ABŞ və Kanada iyunun 24-dən "Titan" sualtı qayığının partlama səbəbləri ilə bağlı araşdırmaya başlayıb.



Әlaqәli Xәbәrlәr