Rusiya rəsmiləri sazişin uzadılmasına passiv yanaşır

Aİ Komissiyasının sözçülərindən biri Peter Stano taxıl sazişi ilə bağlı sualı cavablandırarkən bildirib...

2007008
Rusiya rəsmiləri sazişin uzadılmasına passiv yanaşır

 

  Avropa İttifaqı (Aİ) Ukrayna taxılının beynəlxalq bazarlara daşınmasını nəzərdə tutan Qara Dəniz Taxıl Dəhlizi Təşəbbüsünün müddətinin uzadılmasına çağırıb.

  Aİ Komissiyasının sözçülərindən biri Peter Stano taxıl sazişi ilə bağlı sualı cavablandırarkən bildirib: “Bizim istəyimiz Ukrayna taxılını dünya bazarına çıxarmaqdır. Bütün tərəfləri bu sazişi uzatmağa çağırırıq. Türkiyə və Birləşmiş Millətlər Təşkilatının başçılığı altında danışıqlar aparmaq zəruridir. Razılaşmanın uzadılması üçün bütün həll yollarının araşdırılmasına açığıq.

  Rusiyanın Ukraynadakı döyüş imkanlarının mümkün qədər qarşısını almağa davam edəcəyik”.

  Qeyd edək ki, beynəlxalq mediada Aİ müqavilənin müddətini uzatmaq üçün Rusiya Kənd Təsərrüfatı Bankına (Rosselxozbank) qarşı sanksiyaları ləğv etmək üçün güzəştə getməyi planlaşdıracağı yazılır.

  Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumunun qlobal ərzaq qiymətlərinə təsirini azaltmaq üçün BMT, Rusiya, Türkiyə və Ukrayna 2022-ci il iyulun 22-də İstanbulda keçirilən mərasimlə Qara dəniz taxıl dəhlizi sazişini imzalayıb. Bir neçə dəfə uzadılan razılaşmanın müddəti iyulun 17-də başa çatacaq. Rusiya rəsmiləri sazişin uzadılmasına passiv yanaşır.

 



Әlaqәli Xәbәrlәr