Bu ölkədə prezident seçkilərinin rəsmi nəticələri məhkəmə qərarı ilə təxirə salınıb

Qvatemala Ali Seçki Məhkəməsi uduzmuş namizədlərin iddiasına baxılmaq üçün iyunun 25-də keçirilmiş prezident seçkilərinin rəsmi nəticələrinin elan edilməsini qeyri-müəyyən müddətə təxirə salıb.

2006072
Bu ölkədə prezident seçkilərinin rəsmi nəticələri məhkəmə qərarı ilə təxirə salınıb

TRT xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasından məlumat yayılıb.

Seçki məntəqələrindən gələn protokolların 98,82%-i hesablandıqdan sonra əldə edilən nəticələrə görə, Qvatemalada prezident seçkilərinin ikinci turuna keçmiş birinci xanım Sandra Torres və deputat Bernardo Arevalo getməlidir. Mərkəz partiyası Milli Ümid Birliyi tərəfindən namizədliyi irəli sürülmüş Torres yarışda ilk üç favoritdən biri, sol mərkəzçi Seed partiyasını təmsil edən Arevalo isə anketlərdə səkkizinci olub.

Sağçı partiyaları təmsil edən 9 namizəd səsvermə zamanı pozuntular barədə məlumatların araşdırılmasını tələb edərək məhkəməyə müraciət edib. Konstitusiya Məhkəməsi şikayəti qəbul edib və seçkinin nəticələrinin rəsmi elanını təxirə salmağı tapşırıb.

 



Әlaqәli Xәbәrlәr