ABŞ, Azərbaycan və Ermənistan nazirləri görüşdü

Bu barədə ABŞ-ın Dövlət katibi Entoni Blinken tviter səhifəsində yazıb

2004984
ABŞ, Azərbaycan və Ermənistan nazirləri görüşdü

 

  ABŞ Ermənistan və Azərbaycanın razılığın əldə olunması üçün birgə fəaliyyətini dəstəkləyir. Bu barədə ABŞ-ın Dövlət katibi Entoni Blinken tviter səhifəsində yazıb.

  “Bu həftə Xarici İşlər üzrə Milli Təlim Mərkəzində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla sülh danışıqları apardıq. Biz uzunmüddətli razılaşmanın əldə olunması üçün Ermənistan və Azərbaycanın birgə fəaliyyətini dəstəkləyirik. Dialoq davamlı sülhün açarıdır", - deyə ABŞ dövlət katibi bildirib.



Әlaqәli Xәbәrlәr