2022-ci ildə dünyada nə qədər meşə məhv olub?

Dünya Resursları İnstitutu tərəfindən dəstəklənən onlayn meşə monitorinqi və xəbərdarlıq platforması “Global Forest Watch”un (GFW) 2022-ci il analizinə görə...

2004734
2022-ci ildə dünyada nə qədər meşə məhv olub?

 

  2022-ci ildə hər 1 dəqiqədə 11 futbol meydançası böyüklüyündə meşə məhv olub.

  Dünya Resursları İnstitutu tərəfindən dəstəklənən onlayn meşə monitorinqi və xəbərdarlıq platforması “Global Forest Watch”un (GFW) 2022-ci il analizinə görə, beynəlxalq ictimaiyyət 2021-ci ildə Birləşmiş Millətlər Təşkilatının 26-cı İqlim Dəyişikliyi Konfransında (COP26) imzalanmış Qlazqo Bəyannaməsi hədəflərindən geri qalır.

  Dünya Resursları İnstitutunun Meşə Təsərrüfatı Proqramının direktoru Rod Taylor sözügedən mövzu ilə bağlı deyib: "Biz 2030-cu ilə qədər meşələrin qırılmasını dayandırmaq yolundayıq? Qısa cavab budur: xeyr.  2022-ci ildə meşələrin qırılması 2030 hədəflərinə çatmaq üçün lazım olan səviyyədən 1 milyon hektar çoxdur. Demək, gedişat yanlış istiqamətdədir”.

  Məlumata görə, 2022-ci ildə hər 1 dəqiqədə 11 futbol meydançası böyüklüyündə meşə sahələri məhv olub. Kəsilmə və ya yandırılma nəticəsində məhv edilən meşə sahələri 4 milyon hektara çatıb. Bu baxımdan ən çox dağıntıya məruz qalan ölkə 1,77 milyon hektarla Braziliya, 513 min hektarla Konqo Demokratik Respublikası, 386 min hektarla Boliviya və 230 min hektarla İndoneziyadır.



Әlaqәli Xәbәrlәr