İsrail əsgərlərinin sərt müdaxiləsi nəticəsində bir fələstinli də ölüb

İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilindəki Cenin şəhərinə təşkil etdiyi basqın zamanı yaralanan 15 yaşlı daha bir qız həyatını itirib.

2002327

Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamaya görə, 19 iyunda İordan çayının qərb sahilinin şimalındakı Cenin bölgəsində İsrail əsgərlərinin həyata keçirdiyi hücumda ağır yaralanan 15 yaşlı Sedil Naqnagiyye həyatını itirib.

Beləliklə, İsrail qüvvələrinin Cenin bölgəsinə təşkil etdiyi hücum nəticəsində həyatını itirən fələstinlilərin sayı ikisi uşaq olmaqla 7-yə yüksəlib.

İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilinin şimalında yerləşən Cenin şəhərinə bazar ertəsi günü “Apaçi” tipli helikopterlə həyata keçirdiyi hücumlarda 1-i uşaq olmaqla 6 fələstinli ölüb, azı 66 fələstinli yaralanıb. Qarşıdurmalar nəticəsində  7 İsrail əsgəri də yaralanmışdı.

İsrailin İordan çayının qərb sahilinə təşkil etdiyi qanlı basqınları və Qəzza zolağına etdiyi hava hücumları nəticəsində ilin əvvəlindən bu yana həlak olan fələstinlilərin sayı 174-ə yüksəlib.

Әlaqәli Xәbәrlәr