Antonio Quterreş: ''BMT qaçqınları qəbul edən ölkələrə daha çox dəstək verməlidir''

"100 milyondan çox insan qarşıdurma, zülm, aclıq və iqlim dəyişikliyi səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb".

2002248

Bunu Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş “Ümumdünya Qaçqınlar Günü” münasibətilə verdiyi bəyanatda bildirib.

Antonio Quterreş qeyd edib ki, qaçqınların bağlanan sərhədlər və geri çəkilmələrə deyil, dəstək və həmrəyliyə ehtiyacı var.

"100 milyondan çox insan qarşıdurma, zülm, aclıq və iqlim dəyişikliyi səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb. Bu, sadəcə səhifədə görünən rəqəm deyil. Bunlar çətin səyahətlər etmiş qadınlar, uşaqlar və kişilərdir. Onlar zorakılığa, ayrı-seçkiliyə və sui-istifadəyə məruz qalır”,- deyə Quterreş vurğulayıb.

Antonio Quterreş həmçinin qeyd edib ki, BMT qaçqınları qəbul edən ölkələrə daha çox dəstək verməlidir.

Әlaqәli Xәbәrlәr