Ukrayna Baş Qərargahı məlumat yayıb

Ukrayna Baş Qərargahı Rusiya ordusunun Ukrayna ərazisində raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar həyata keçirdiyini bildirib.

2002011
Ukrayna Baş Qərargahı məlumat yayıb

Ukrayna Baş Qərargahı Rusiya ordusunun Ukrayna ərazisində raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar həyata keçirdiyini bildirib.
Ukrayna Baş Qərargahının rəsmi internet səhifəsində verilən bəyanatda  Rusiya ordusunun ötən gecə Ukrayna ərazisinə intensiv raket və hücumları həyata keçirdiyi bildirilib.
Bəyanatda deyilir: “İlkin məlumatlara əsasən ruslar tərəfindən atılan 30 ''Şahed'' PUA-dan 28-i məhv edilib. İşğalçılar Zaporojya və ətrafına  7 raket zərbəsi endirib''.
Bəyanatda  Rusiya qüvvələrinin son 24 saat ərzində Ukrayna əsgərlərinin mövqelərinə və yaşayış məntəqələrinə 45 hava hücumu təşkil etdiyi, tank əleyhinə raket sistemlərindən 70-ə yaxın atəş açdığı və mülki vətəndaşların yaralandığı qeyd edilib.
Rusların Liman, Baxmut,  Avdiyivka və Marinka istiqamətlərində hücumlarını intensivləşdirməyə davam etdiyi, sutka ərzində sözügedən istiqamətlərdə 45 toqquşmanın yaşandığı bildirilib.
Bəyanatda həmçinin  Ukrayna Hərbi Hava Qüvvələrinin son 24 saat ərzində rus əsgərlərinin cəmləşdiyi əraziləri 15 dəfə bombaladığı, Ukrayna raket və artilleriya birləşmələrinin də rusların 3 komanda mərkəzini, 10 əsgər və texnikalarını topladığı ərazini məhv etdiyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr