İslam Əməkdaşlıq Təşkilatı Uqandada törədilən terror hücumunu qınadı

Bu barədə İslam Əməkdaşlıq Təşkilatı bəyanat yayıb.

2001223
İslam Əməkdaşlıq Təşkilatı Uqandada törədilən terror hücumunu qınadı

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Uqandada məktəbə edilən terror hücumunu qınadı.
Bu barədə İslam Əməkdaşlıq Təşkilatı bəyanat yayıb. İƏT hücum nəticəsində həyatını itirənlərin ailələrinə, Uqanda hökumətinə və xalqına başsağlığı verib.
Bəyanatda İƏT-in hücumu qətiyyətlə pislədiyi, terrorun bütün növlərini rədd etdiyi və terrorla mübarizədə Uqanda hökumətinin yanında olduğu bildirilib.
Uqandanın Konqo Demokratik Respublikası ilə sərhədində yerləşən Mpondve şəhərindəki məktəbdə törədilən terror hücumu nəticəsində 38-i şagird olmaqla 41 nəfər həyatını itirib.


Etiketlәr: #terror hücumu , #Uqanda

Әlaqәli Xәbәrlәr