Rusiya Ukraynanın Krivi Riq şəhərinə raket zərbələri endirib

Ukraynanın Dnepropetrovsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak rusların Kriviy Riq şəhərindəki yaşayış evini vurması nəticəsində 6 nəfərin öldüyünü bildirib.

1999152

Bu barədə Segey Lisak rəsmi internet səhifəsində etdiyi paylaşımda qeyd edib. O, Rusiya ordusunun gecə saatlarında Kriviy Riq şəhərinə raket hücumu təşkil etdiyini vurğulayıb.
3 rus raketinin Ukrayna ordusu tərəfindən məhv edildiyini qeyd edən Sergey Lisak bir neçə raketin şəhərə düşdüyünü bildirib.
Sergey Lisak deyib: "Raketin yaşayış binasına düşməsi nəticəsində 6 nəfər ölüb. Dağıntılar altında hələ də insanlar ola bilər". 
Sergey Lisak raket hücumu nəticəsində şəhərdə daha 3 nəfərin yaralandığını vurğulayıb.
Şəhərin başqa səmtinə raket hücumu nəticəsində isə bir avtomobilin yandığı və 4 nəfərin yaralandığı bildirilib.

Әlaqәli Xәbәrlәr