Ukrayna-NATO Komissiyasının iclası səfirlər səviyyəsində keçiriləcək

NATO-Ukrayna Komissiyası Belçikanın paytaxtı Brüsseldə səfirlər səviyyəsində Ukraynadakı olayları və Kaxovka su bəndinin vurulması məsələlərini müzakirə edəcək.

1996774

NATO-nun baş katibi Yens Stoltenberqin sədrliyi ilə keçiriləcək iclasa Ukraynanın xarici işlər naziri Dmitro Kuleba da videokonfrans vasitəsilə qatılacaq.
Yens Stoltenberq rəsmi internet səhifəsində etdiyi paylaşımda Dmitro Kuleba ilə görüşdüyünü, bəndin dağılması səbəbindən minlərlə insanın evlərini tərk etdiyini və Ukraynanın ekoloji fəlakətlə üzləşdiyini bildirib.
Ukraynanın cənubundakı Xerson bölgəsində rusların nəzarətində olan Kaxovka bəndi və su elektrik stansiyasının iyunun 6-da vurulduğu açıqlanmışdı.
Daşqın səbəbindən bölgənin böyük ekoloji fəlakətlə üzləşdiyi bildirilmişdi.

Әlaqәli Xәbәrlәr