Onlarla fanatik yəhudi növbəti dəfə Əqsa məscidinə basqın edib

Onlarla fanatik yəhudi İsrail polisinin müşayiəti ilə işğal altındakı Şərqi Qüdsdəki Əqsa məscidinə basqın edib.

1995624
Onlarla fanatik yəhudi növbəti dəfə Əqsa məscidinə basqın edib

Onlarla fanatik yəhudi İsrail polisinin müşayiəti ilə işğal altındakı Şərqi Qüdsdəki Əqsa məscidinə basqın edib.
Fələstinin rəsmi WAFA xəbər agentliyinin yaydığı xəbərə əsasən, fanatik yəhudilər İsrail polisinin müşayiəti ilə Meğaribe qapısından məscidə daxil olublar.
Basqın zamanı fanatik yəhudilər Əqsa məscidinin həyətində dini ayinlər icra etməyə cəhd ediblər.
Qeyd edək ki, Əqsa məscidi müsəlmanların ilk qibləsidir.
Yəhudilər Əqsa məscidinin altında “Süleyman məbədi”nin qalıqlarının olduğunu iddia edərək arxeoloji qazıntılar həyata keçirir və məscidin həyətində ibadət etmək haqlarının olduğunu söyləyir.



Әlaqәli Xәbәrlәr