İqor Konaşenkov: ''Belqoroda daxil olmağa cəhd göstərən Ukrayna qüvvələri məhv edilib''

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov bildirib ki, sərhəddəki çayı keçərək Rusiyanın Belqorod vilayətinə daxil olmaq istəyən Ukrayna qüvvələri zərərsizləşdirilib.

1995619

İqor Konaşenkov  Ukrayna qüvvələrinin dünən Rusiya vaxtı ilə saat 13.00 radələrində mülki yaşayış məntəqələrini atəşə tutduğunu və Belqorod vilayətindəki Novaya Tavolajanka qəsəbəsinə daxil olmağa cəhd göstərdiyini söyləyib.
''Belqorod vilayətinə daxil olmağa cəhd göstərən Ukrayna qüvvələri zərərsizləşdirilib'',-deyə İqor Konaşenkov qeyd edib.
Hücumlar nəticəsində 10-dan çox Ukrayna əsgəri, 2 qayıq və bir zirehli maşının məhv edildiyini vurğulayan İqor Konaşenkov bildirib ki, bundan başqa “Qrad” raket sistemi, Polşa istehsalı iki ədəd “Krab” özüyeriyən haubitsa məhv edilib, Ukrayna qüvvələrinin təşkil etdiyi hücumun qarşısı alınıb.

Әlaqәli Xәbәrlәr