Entoni Blinken: "İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyik"

ABŞ dövlət katibi Entoni Blinken İranın diplomatik yoldan imtina edəcəyi təqdirdə bütün variantların masada olacağını ifadə edərək İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəklərini deyib

1995638
Entoni Blinken: "İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyik"

 

ABŞ dövlət katibi Entoni Blinken İranın diplomatik yoldan imtina edəcəyi təqdirdə bütün variantların masada olacağını ifadə edərək İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəklərini deyib.
Entoni Blinken Vaşinqtonda keçirilən Amerika-İsrail İctimaiyyətlə Əlaqələr Komitəsinin (AIPAC) 2023-cü il sammitində çıxış edib.
İsrail ilə ABŞ-ın bir sıra sahələrdə əməkdaşlıq etdiyinə diqqət çəkən Entoni Blinken hökumətlər arasında əməkdaşlığın xalqlar arasındakı əlaqələrlə gücləndiyini bildirib.
Entoni Blinken ABŞ prezidenti Co Bayden administrasiyasının ikitərəfli münasibətlərin  daha da inkişaf etdirilməsi üçün səylərini davam etdirdiyini vurğulayıb. 
ABŞ-ın İsrailə hərbi və maliyyə dəstəyi verdiyini, iki ölkənin ortaq hərbi təlimlər həyata keçirdiyini ifadə edən Entoni Blinken deyib: "İsrail gücləndikcə Amerika da təhlükəsiz olacaq".

İsrailin bir çox təhlükələrlə üzləşdiyini vurğulayan Entoni Blinken deyib: "Ancaq İsrailin üzləşdiyi ən böyük təhlükə İran rejimidir".
Rusiyanın da İrana silah dəstəyi verdiyini bildirən Entoni Blinken bildirib ki,İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyik.
Bayden administrasiyasının İrana qarşı diplomatiya, iqtisadi təzyiq və çəkindirmə siyasəti yürütdüyünü qeyd edən Blinken deyib: “İran diplomatiya yolundan imtina edərsə, prezident Bayden dəfələrlə açıq şəkildə təkrar etdi ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün variantlar masadadır''.
Enroni Blinken bildirib ki, ABŞ da İsrailin təhlükəsizliyini dəstəkləmək üçün bölgə ölkələri ilə əlaqələrin inkişafına töhfə verir.


Etiketlәr: #İran , #Entoni Blinken

Әlaqәli Xәbәrlәr