Amerika Birlәşmiş Ştatları terror təşkilatı Əl-Şəbaba qarşı əməliyyat keçirib
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Somalinin cənubunda həyata keçirdiyi hava hücumunda terror təşkilatı Əl-Şəbabın üç üzvü zərərsizləşdirilib.
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Somalinin cənubunda həyata keçirdiyi hava hücumunda terror təşkilatı Əl-Şəbabın üç üzvü zərərsizləşdirilib.
ABŞ-ın Afrika Qüvvələri Komandanlığından (AFRICOM) verilən açıqlamada Somalinin cənubundakı Vayanta bölgəsinə hava hücumunun təşkil edildiyi bildirilib.
Açıqlamada hücum nəticəsində 3 təşkilat üzvünün öldürüldüyü, mülki vətəndaşların zərər görmədiyi qeyd olunub.
Ötən il Somali ordusunun Əl-Şəbab qruplaşmasına qarşı başlatdığı əməliyyatlarda bir çox bölgə azad edilib.
Ancaq təşkilat vaxtaşırı şəhərləri və təhlükəsizlik qüvvələrini hədəf alan hücumlar törədir.
Әlaqәli Xәbәrlәr
Dünyanın ən böyük hava limanı tikilir
Bunu Dubay Əmiri, BƏƏ-nin baş naziri Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum deyib
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb