İsveçdə terrora qarşı mübarizə üzrə yeni cinayət məcəlləsi qüvvəyə minib

İsveç parlamentinin mayın 3-də təsdiq etdiyi konstitusiyaya dəyişiklik çərçivəsində terrora qarşı mübarizə üzrə yeni cinayət məcəlləsi bu gündən qüvvəyə minib.

1994042
İsveçdə terrora qarşı mübarizə üzrə yeni cinayət məcəlləsi qüvvəyə minib

İsveç Xarici işlər naziri Tobias Billström, İsveçin NATO üzvlüyünü ratifikasiya etmək üçün Türkiyenin əsas tələblərindən biri olan qanun parlamentdə təsdiqləndikdən sonra “Dagens Nyheter” qəzetinə verdiyi müsahibəsində qanunun iyunun 1-də qüvvəyə minəcəyini, Türkiyenin qeyd-şərtlərinin yeni cinayət məcəlləsi ilə qarşılanacağını ifadə edərək: “PKK-YPG-nın İsveçdəki fəaliyyəti genişdir. Türkiyeyə qarşı terror fəaliyyətini maliyyələşdirmək üçün geniş araşdırmalar aparır. Ölkəmizdən narkotik satmaq və müxtəlif yollarla İsveç cəmiyyətinə zərər vuran pul toplamaq üçün baza kimi istifadə edir, onlardın bu fəaliyyətlərinə biganə qalmaq olmaz”-deyə Billström vurğulamışdı.

Ölkədə terror təşkilatlarına üzv olmanın cinayət hesab edilməsini nəzərdə tutan qanun terror fəaliyyətlərində iştirak edən və terror təşkilatları ilə əməkdaşlıq edən şəxslərin 4 ilə qədər azadlıqdan məhrum edilmələrini tələb edir. Qanuna görə, terror təşkilatını dəstəkləmək, gücləndirmək və ya təşviq etmək məqsədi ilə fəaliyyətlərdə iştirak edənlər ən çox 4 il həbs edilə biləcəklər. Ağırlaşdırıcı səbəblər varsa, bu cinayətlərə görə həbs cəzası 8 ilə qaldırıla biləcək.

Silah, sursat, yanar və partlayıcı maddələr, nəqliyyat dəstəyi, torpaq və əmlakın terror təşkilatına icarəyə verilməsi kimi cinayətlərdə iştirak edənlər isə 4 ilə qədər azadlıqdan məhrum ediləcəklər. Ağırlaşdırıcı səbəblərin olması halında həbs cəzası 7 ilə qədər artırılacaq.

 

 



Әlaqәli Xәbәrlәr