Volodimir Zelenski və Olaf Şolts arasında telefon danışığı olub

Almaniya kansleri Olaf Şolts Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon əlaqəsi saxlayıb.

1993169
Volodimir Zelenski və Olaf Şolts arasında telefon danışığı olub

Almaniya kansleri Olaf Şolts Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon əlaqəsi saxlayıb.
Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit verdiyi yazılı açıqlamada, tərəflərin Ukraynadakı siyasi, hərbi və humanitar vəziyyəti müzakirə etdiklərini bildirib.
Açıqlamada  kansler Olaf Şoltsun Rusiyanın Ukraynadakı mülki hədəflərə etdiyi son hava hücumlarını pislədiyi və Ukrayna ilə həmrəy olduğunu bir daha bəyan etdiyi vurğulanıb.
Olaf Şoltsun söhbət zamanı Almaniyanın Avropa və beynəlxalq tərəfdaşlarla birlikdə Ukraynanı dəstəkləməyə davam edəcəyini bildirdiyi qeyd olunub.
Volodimir Zelenski isə öz növbəsində Rusiyanın Ukrayna şəhərlərinə və kritik infrastrukturuna endirdiyi son aviazərbələri haqqında qarşı tərəfə məlumat verərək, Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməsi üçün verdiyi  hərbi dəstəyə görə Almaniya hökumətinə təşəkkür edib.
İki lider konstruktiv məsləhətləşmələri davam etdirmək mövzusunda razılıq əldə ediblər.
Qeyd edək ki, Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko bildirib ki, ruslar mayın 29-da gecə radələrində pilotsuz uçuş aparatları ilə Kiyevə intensiv zərbələr endiriblər.
Popko Rusiya ordusunun son 24 saat ərzində Kiyevə 3 dəfə intensiv hava hücumu təşkil etdiyini, Kiyev hava məkanında 20-dən çox PUA-nın  məhv edildiyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr