Maduro 8 ildən sonra Braziliyaya səfər edib

Venesuela prezidenti Nikolas Maduro Braziliyaya səfər edib.

1992765
Maduro 8 ildən sonra Braziliyaya səfər edib

Səfər Braziliyanın ev sahibliyi edəcəyi Cənubi Amerika Millətləri Birliyinin (UNASUR) sammiti çərçivəsində baş tutub.

Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın dəvəti ilə 8 ildən sonra ölkəyə gələn Maduro Prezident sarayı Planaltoda həmkarı tərəfindən qarşılanıb.

İki lider təkbətək və çoxtərəfli  görüşlərdən birgə mətbuat konfransı keçirib. Maduro sağçı ideologiyalar tərəfindən ölkəsinə ekstremist bir modelin tətbiq edildiyinə diqqət çəkib. Braziliyada bütün qapıların hökumətlərinə bağlı olmasına baxmayaraq  ölkəsində bunun əksi siyasət izlənərək  qapılarının Braziliyalı iş adamlarına və şirkətlərinə açıq olduğunu,  iki ölkə arasında  başlayan dialoqa daha heç kimin müdaxiləsinə icazə verilməməsinin arzulandığını  vurğulayıb.

Lula da öz növbəsində: “Venesuela-nın Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın yaratdığı BRİKS qrupuna daxil olmasını dəstəkləyir və bunu yaxın  gələcəkdə  gündəmə  daxil edərək müzakirə edəcəyik”.

Məlumata görə  Maduronun səfəri  çərçivəsində  iki ölkə arasında elm, texnologiya, kənd təsərrüfatı, nəqliyyat, enerji, akvakultura, balıqçılıq, turizm və mədəniyyət sahələrində əməkdaşlığa dair 4 saziş imzalanıb.



Әlaqәli Xәbәrlәr