Rusiya və Braziliya prezidentləri arasında telefon danışığı olub
Rusiya prezidenti Vladimir Putin Braziliya prezidenti Luis İnasio Lula da Silva ilə telefon əlaqəsi saxlayıb.
Rusiya prezidenti Vladimir Putin Braziliya prezidenti Luis İnasio Lula da Silva ilə telefon əlaqəsi saxlayıb.
Bu barədə Kremlin mətbuat xidmətindən verilən məlumatda bildirilib. Məlumata görə, tərəflər Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Lula da Silva söhbət zamanı Yaponiyanın Xirosima şəhərində keçirilən G7 liderlər sammiti ilə bağlı fikirlərini Vladimir Putinə çatdırıb.
Vladimir Putin isə öz növbəsində Ukraynadakı vəziyyəti qiymətləndirib və rəsmi Kiyev və onun Qərb tərəfdarları tərəfindən bloklanan siyasi və diplomatik dialoqa açıq olduqlarını bildirib.
Görüş zamanı Rusiya ilə Braziliya arasında münasibətlər, BRİKS və digər beynəlxalq platformalarda görülən birgə işlər müzakirə edilib.
Әlaqәli Xәbәrlәr
Entoni Blinken Çinə etdiyi səfəri qiymətləndirib
Entoni Blinken CNN International-a verdiyi müsahibə zamanı Çinə etdiyi səfəri qiymətləndirib.