Serbiya ABŞ və Azərbaycan ilə münasibətləri daha da inkişaf etdirməyə hazırdır

Serbiya prezidenti Aleksandr Vuçiç ölkəsinin həm ABŞ, həm də Azərbaycan ilə münasibətləri daha da inkişaf etdirməyə hazır olduğunu bildirib.

1990918
Serbiya ABŞ və Azərbaycan ilə münasibətləri daha da inkişaf etdirməyə hazırdır

Serbiya prezidenti Aleksandr Vuçiç ölkəsinin həm ABŞ, həm də Azərbaycan ilə münasibətləri daha da inkişaf etdirməyə hazır olduğunu bildirib.

Vuçiç paytaxt Belqradda əvvəlcə ABŞ senatorları Kris Mörfi və Qəri Pitersi, daha sonra isə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı qəbul edib.

Görüşlərdən sonra sosial media hesabından paylaşım edən Vuçiç ABŞ senatorlarına Kosovo ilə dialoqa verdikləri dəstəyə görə təşəkkür edərək, "Serbiya Bələdiyyələr Birliyinin yaradılmasının prioritet olduğunu çatdırdım" deyib.

ABŞ ilə əlaqələrin daha da inkişaf etdirilməsi üçün nələrin görülə biləcəyini müzakirə etdiklərini deyən Vuçiç ölkəsinin bu istiqamətdə istəkli olduğunu qeyd edib.

Vuçiç Qafarova ilə ikitərəfli əlaqələri müzakirə etdiklərini, iqtisadiyyat və digər sahələrdə faydalı ola biləcək situasiyaları dəyərləndirdiklərini açıqlayıb.

Azərbaycanla da münasibətləri də inkişaf etdirmək istədiklərini vurğulayan Vuçiç bunun iki ölkə vətəndaşlarının da marağında olacağını vurğulayıb.

Qeyd edək ki, Serbiya 2008-ci ildə birtərəfli qaydada müstəqilliyini elan edən Kosovonu öz ərazisi hesab edir.

Kosovoda daha çox serblərin yaşadığı bələdiyyələrdə Serb Bələdiyyələr Birliyinin yaradılması ilə bağlı saziş 2013-cü ildə Aİ-nin vasitəçiliyi ilə Kosovo ilə Serbiya arasında imzalanıb, lakin həyata keçirilə bilməyib.

Mayın 2-də Brüsseldə sonuncu dəfə görüşən Serbiya və Kosovo liderləri Serb Bələdiyyələr Birliyi ilə bağlı razılığa gələ bilmədiklərini açıqlayıblar.



Әlaqәli Xәbәrlәr