Mixail Mişustin çinli həmkarı ilə görüşdü

Rusiyanın baş naziri Mixail Mişustin Çinə səfəri çərçivəsində həmkarı Li Çanqla görüşüb.

1990415
Mixail Mişustin çinli həmkarı ilə görüşdü

Rusiyanın baş naziri Mixail Mişustin Çinə səfəri çərçivəsində həmkarı Li Çanqla görüşüb.
Bu barədə  Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib.
Mixail Mişustin iki ölkə arasındakı əlaqələrin son dövrdə yüksək səviyyəyə çatdığını vurğulayıb.
“Rusiya və Çin beynəlxalq arenada artan qarışıqlığa və Qərbin qeyri-qanuni sanksiya təzyiqinə birgə qarşı çıxır”,-deyə Mixail Mişustin deyib.
Beynəlxalq mühitin qeyri-sabitliyinə baxmayaraq, iki ölkə arasında ticari və iqtisadi əlaqələrin uğurla inkişaf etdiyinə diqqət çəkən Mişustin qarşılıqlı ticarət həcminin ötən il 190 milyard dolları keçdiyini, bu ilin ilk rübündə isə 52 milyard dollara çatdığını bildirib. 
Mişustin Çin və Rusiya arasında nəqliyyat və logistika marşrutlarının yaradılmasının yeni geosiyasi reallıqda əhəmiyyət qazandığını vurğulayaraq, sərhəd bölgələrində birgə infrastruktur layihələrini sürətləndirməyə hazır olduqlarını bildirib.
Rusiyanın Baş naziri yüksək texnologiya, təyyarə və gəmiqayırma, maşın və avadanlıq istehsalı sahələrində yeni əməkdaşlıq təkliflərinin olduğunu qeyd edib.
Görüşdən sonra iki ölkə arasında kənd təsərrüfatı və heyvandarlıq məhsulları ticarəti, ticarət xidmətləri və idman sahələrində əməkdaşlığa dair anlaşma memorandumları və patent prosedurlarının sürətləndirilməsinə dair birgə niyyət bəyanatı imzalanıb.



Әlaqәli Xәbәrlәr