İtaliyada sel fəlakətində ölənlərin sayı 15 nəfərə çatıb

Ötən həftə İtaliyanın Emilia Romagna bölgəsində leysan yağışlar nəticəsində baş verən sel fəlakətində itkin düşən şəxsin cəsədi tapıldıqdan sonra ölənlərin sayı 15-ə yüksəlib.

1989997
İtaliyada sel fəlakətində ölənlərin sayı 15 nəfərə çatıb

TRT-nin İtaliyanın ANSA agentliyinə istinad etdiyi xəbərə görə, keçən həftə bölgədə baş verən daşqınlardan ən çox zərər çəkən yerlərdən Luqoda mayın 17-dən itkin düşən 68 yaşlı kişinin cəsədinin tapılması ilə təbii fəlakətdə həyatını itirənlərin sayı 15-ə yüksəlib.

Qeyd edək ki, güclü yağışın ola biləcəyi proqnozuna görə bölgədə “qırmızı həyəcan” vəziyyəti davam edir.

Baş nazir Giorgia Meloninin başçılıq etdiyi hökumət isə fəlakət bölgəsində ehtiyacların təmin edilməsi üçün 2 milyard avrodan çox vəsait ayırma qərarına gəlib.



Әlaqәli Xәbәrlәr