İtaliyanın Baş naziri daşqınların baş verdiyi Emiliya-Romaniya regionuna gedib

İtaliyanın Baş naziri Ciorcia Meloni təbii fəlakətin baş verdiyi Emiliya-Romaniya regionuna səfər edib.

1989068
İtaliyanın Baş naziri daşqınların baş verdiyi Emiliya-Romaniya regionuna gedib

İtaliyanın Baş naziri Ciorcia Meloni təbii fəlakətin baş verdiyi Emiliya-Romaniya regionuna səfər edib.

Başqınlar nəticəsində ziyan dəymiş bölgələrdə vətəndaşlar və könüllülərlə görüşən C.Meloni hökumətin fəsadların aradan qaldırılması üçün lazımi addımları atacağını bildirib. O, dəymiş ziyanın böyük olduğunu, bütün resursların səfərbər ediləcəyini, ilkin mərhələdə 10-20 milyon avro ayrılacağını deyib.

Meloni jurnalistlərə verdiyi açıqlamada bölgənin ehtiyaclarını ödəyəcəkləri vədini verib.

Bu mərhələdə bölgəyə dəyən ziyanı təxmin etməyin çətin olduğunu bildirən Meloni "Bu, faciə idi, lakin bu, həm də daha güclü dirçəlmək üçün bir fürsət ola bilər. Dəyən ziyanı indiki mərhələdə proqnozlaşdırmaq çətindir, lakin çoxlu resursları səfərbər etmək lazımdır" deyib.

Meloni bölgəyə dəyən ziyan və paylanacaq yardımın çərşənbə axşamı Nazirlər Şurasında müzakirə ediləcəyini bildirib.

Regionda təkcə Ravenna bölgəsində 20 min olmaqla, ümumilikdə 26 min nəfər evini tərk etmək məcburiyyətində qalıb. Mülki müdafiə qüvvələri dörd mindən çox əməliyyat həyata keçirib. Bəzi bölgələrdə torpaq sürüşməsi təhlükəsi olduğu üçün hələ də dəmir yolları bağlı olaraq qalır.

Qarşıdakı günlərdə bölgədə əlverişsiz hava şəraitinin davam edəcəyi və qırmızı “Həyəcan” siqnalının elan olunması gözlənilir.

Kənd təsərrüfatı, fermalar, yarasız hala düşən avtomobil yolları və turizm sektoru daxil olmaqla dəymiş ziyan 5 milyard avro qiymətləndirilir. Ümumilikdə 400 min ton taxılın məhv olduğu, qarşıdakı 4-5 il ərzində meyvə-tərəvəz məhsullarının istehsalının çətin göründüyü bildirilib.

Digər tərəfdən daşqın və daşqınlar səbəbindən evlərini tərk etmək məcburiyyətində qalan 36 min nəfərdən 10 mininin evlərinə qayıtdığı bildirilib.

Onu da qeyd edək ki, güclü leysan yağışlarından sonra baş verən sel və daşqınlar nəticəsində 14 nəfər həlak olub. 



Әlaqәli Xәbәrlәr