Bremen əyalət məclisində Türk əsilli deputat sayı 10-a yüksəlib

Mayın 14-də Almaniyanın Bremen əyalətində keçirilən seçkilərdə 10 türk əsilli namizəd əyalət deputatı seçilib.

1989007
Bremen əyalət məclisində Türk əsilli deputat sayı 10-a yüksəlib

Açıqlanan müvəqqəti nəticələrə görə, Sosial Demokrat Partiyasından (SPD) Mustafa Güngör, Mehmet Ali Seyrek, Recai Aytaş, Medine Yıldız və Selin Ece Arpaz, Xristian Demokratik Birlik Partiyasından (CDU) Oğuzhan Yazıcı, Yaşıllar Partiyasından Sülmez Çolak, Sol Partiyadan Cindi Tuncel və Muhlis Kocaoğlu, Qəzəbli Vətəndaş (BIW) partiyasından Məltəm Sağıroğlu millət vəkili seçilib. Beləcə əyalətdə əvvəlki qanunvericilik dövründə 6 olan türk əsilli siyasətçi sayı 10-a yüksəlib.

87 yerlik Bremen əyalət məclisinə keçirilən seçkilərdə SPD 27, CDU 24, Yaşıllar 11, Sol Partiya 10, BIW 10 və FDP 5 yer qazanıb.

Qeyd edək ki, Bremen əyalət hökuməti formalaşdıqdan sonra senator vəzifəsinə təyin olunacaq deputatlar ştatın qanunverici orqanını tərk etməli olacaqlar.

Xatırladaq ki, Mayın 14-də keçirilən seçkidə türk əsilli 27 namizəd əyalət məclisinə daxil olmaq üçün mübarizə aparıb.



Әlaqәli Xәbәrlәr