ABŞ-da müsəlmanlara qarşı nifrət cinayətləri hesabatı

Amerika-İslam Əlaqələri Şurasının hesabatına görə...

1984223
ABŞ-da müsəlmanlara qarşı nifrət cinayətləri hesabatı

 

  ABŞ-da İslam əleyhinə və müsəlmanlara qarşı nifrət cinayətləri hesabatda öz əksini tapıb.

  Amerika-İslam Əlaqələri Şurasının hesabatına görə, təkcə Massaçusets ştatında məktəblərdə islamafobiya ilə bağlı şikayətlər son bir ildə 72 faiz artıb.

  Müsəlman şagird və tələbələrə qarşı standartlaşma və ayrı-seçkilik şikayətlərin əksəriyyətini təşkil edir.

  ABŞ-da təxminən 3,5 milyon müsəlman yaşayır. Müsəlmanların ölkə əhalisinin 1,1 faizini təşkil etdiyi bildirilir.

  Amerika-İslam Əlaqələri Şurasının 11 apreldən yayılan 2022-ci il İnsan Haqları Hesabatında ABŞ-dakı vəziyyətdən bəhs edilərək təhsil sahəsində anti-islamçılıq, qərəz və ayrı-seçkilik kimi şikayətlərin 33 faiz artdığı yazılıb.

  “Əl-Qaidə” terror təşkilatının törətdiyi 11 sentyabr 2001-ci il hadisələrindən sonra Amerikada müsəlmanlara qarşı nifrət cinayətləri artıb.

  Amerika-İslam Əlaqələri Şurası bildirir ki, ABŞ-da anti-müsəlmanlıq institutlaşdırılıb və alətləşib. Siyasətçilər, ictimai fəallar, beyin mərkəzləri və media qurumları tərəfindən müəyyən missiyalar həyata keçirilir.



Әlaqәli Xәbәrlәr