Səudiyyə Ərəbistanından Sudana 100 milyon dollar yardım
Səudiyyə Ərəbistanı Sudana 100 milyon dollar dəyərində humanitar yardımdan əlavə, münaqişədən zərər çəkənlər üçün rəsmi platformada vəsait toplama kampaniyası təşkil edəcəyini açıqlayıb.
Səudiyyə Ərəbistanı Sudana 100 milyon dollar dəyərində humanitar yardımdan əlavə, münaqişədən zərər çəkənlər üçün rəsmi platformada vəsait toplama kampaniyası təşkil edəcəyini açıqlayıb.
Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-nın xəbərinə görə, Kral Salman və Humanitar Araşdırmalar Mərkəzinin rəhbəri Abdullah bin Əbdüləziz ər-Rabia açıqlama verib.
Rabianın açıqlamasına görə, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salman Kral Salmana Yardım və Humanitar Araşdırmalar Mərkəzinə "Sudana 100 milyon dollar dəyərində müxtəlif humanitar yardımlar göstərməyi" tapşırıb.
Kral Salman və vəliəhd Bin Salman da Sudan xalqının qarşı-qarşıya olduğu mənfi şərtlərin təsirlərini azaltmaq üçün "Sahem" platforması üzrərindən yardım kampaniyası təşkil edilməsini tələb ediblər.
Kral Salman və vəliəhd şahzadə bin Salmanın göstərişlərinə əsasən Sudanda məcburi köçkünlərə humanitar yardım və tibbi yardım göstəriləcək.
Әlaqәli Xәbәrlәr
Dünyanın ən böyük hava limanı tikilir
Bunu Dubay Əmiri, BƏƏ-nin baş naziri Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum deyib
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb