Sergey Lavrov Kremlə edilən hücumu qiymətləndirib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kremlə pilotsuz uçuş aparatları (PUA) ilə edilən hücumlara danışaraq deyil, konkret addımlarla cavab verəcəklərini bildirib.

1983253

Sergey Lavrov  Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin xarici işlər nazirlərinin toplantısından sonra Rusiya mətbuat orqanlarına açıqlama verib.
Kremlə Ukrayna tərəfindən edildiyi bildirilən PUA hücumunu qiymətləndirən Sergey Lavrov deyib: ''Bu açıq-aşkar düşmənçilik aktı idi''.
ABŞ və Ukraynanın Kremlə edilən hücumlarla bağlı ittihamları rədd etməsini tənqid edən Sergey Lavrov deyib: "Ukraynalı və qərbli dostlarımız yalan danışmağı yaxşı bacarırlar''.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov vurğulayıb ki, bütün bu vəziyyət Ukrayna prezidenti Volodimir Zelenskinin rəhbərlik etdiyi administrasiyanın hərəkətlərindən daha dərin böhranın göstəricisidir''.

Etiketlәr: #PUA , #hücum , #Kreml , #Sergey Lavrov

Әlaqәli Xәbәrlәr