ÜST: Sudanda qarşıdurmalarda ölənlərin sayı artıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Sudanda davam edən qarşıdurmada həyatını itirənlərin sayının 551-ə yüksəldiyini açıqlayıb.

1983158
ÜST: Sudanda qarşıdurmalarda ölənlərin sayı artıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Sudanda davam edən qarşıdurmada həyatını itirənlərin sayının 551-ə yüksəldiyini açıqlayıb.

BMT-nin Cenevrə ofisinin sözçüsü Alessandra Velluccinin moderatorluğu ilə həftəlik mətbuat konfransı keçirilib.

İclasda 15 apreldən bəri Sudanda ordu ilə xüsusi təyinatlılar arasında davam edən qarşıdurmalarla bağlı son vəziyyət müzakirə edilib.

ÜST-nin sözçüsü Marqaret Harris Sudanda davam edən qarşıdurmalarda həyatını itirənlərin sayının 551-ə yüksəldiyini, 4926 nəfərin yaralandığını qeyd edib.

Qarşıdurma zamanı səhiyyə müəssisələrinə qarşı ümumilikdə 28 hücum olduğunu bildirən Harris bu hücumlarda 8 nəfərin öldüyünü, 18 nəfərin yaralandığını dilə gətirib.

Harris ölkədəki sağlamlıq mərkəzlərinin 16 faizinin və paytaxt Xartumdakıların isə 6 faizinin xidmət göstərə biləcək vəziyyətdə olduğunu bildirdi.

Sudanda səhiyyə xidmətləri baxımından vəziyyətin getdikcə pisləşdiyini ifadə edən Harris "İnsanların 25 faizi qanaxmalarını dayandıra bilmədiyi üçün ölür. Bu, çox sadə ilk yardım reaksiyasıdır. Bu kimi ölümlər qəbuledilməzdir" deyib.

BMT-nin Uşaq Fondunun (YUNICEF) sözçüsü Ceyms Elder də münaqişənin başlanğıcından bəri Sudanda uşaq ölümlərinin qorxulu həddə çatdığını bildirib.

Aprelin 15-25-də 190 uşağın öldüyünü, 1700 uşağın yaralandığını qeyd edən Elder "Sudanda qarşıdurmanın başladığı ilk 11 gündə orta hesabla saatda 7 uşağın öldüyü və ya yaralandığı bildirildi" deyib.



Әlaqәli Xәbәrlәr