ABŞ Meksika sərhədinə əlavə 1500 hərbçi göndərəcək

... Qeyd olunub ki, hökumətin bu qərarı mayın 11-də başa çatacaq qanuni məhdudiyyətlərdən sonra ABŞ sərhədinə gələn qeyri-qanuni miqrantların sayında böyük artım olacağı gözləntisinə əsaslanır

1982552
ABŞ Meksika sərhədinə əlavə 1500 hərbçi göndərəcək

 

  ABŞ hökuməti qeyri-qanuni miqrant axınının qarşısını almaq üçün Meksika sərhədinə əlavə 1500 hərbçi göndərəcək.

  Co Bayden administrasiyası qeyri-qanuni mühacirlərin ABŞ-dan deportasiya prosesini sürətləndirən qanunun ləğvindən əvvəl sərhədə nəzarəti saxlamaq üçün əlavə 1500 hərbçi planlaşdırıb.

  Qeyd olunub ki, hökumətin bu qərarı mayın 11-də başa çatacaq qanuni məhdudiyyətlərdən sonra ABŞ sərhədinə gələn qeyri-qanuni miqrantların sayında böyük artım olacağı gözləntisinə əsaslanır.

  Yeni təyin olunmuş hərbi hissə 90 gün ərzində sərhəd bölgəsində inzibati vəzifə daşıyacaq və heç bir hüquq-mühafizə funksiyasını yerinə yetirməyəcək.

  Qeyd edək ki, ABŞ mediasında son günlər ölkənin cənub sərhədindən hər gün təxminən 7 min qeyri-qanuni miqrantın gəldiyi və bu rəqəmin önümüzdəki həftələrdə artacağının gözlənildiyi yazılır.



Әlaqәli Xәbәrlәr