Belqradda məktəbə silahlı hücum təşkil edilib

Serbiyanın paytaxtı Belqradda məktəb şagirdi silahlı hücum həyata keçirib.

1982153
Belqradda məktəbə silahlı hücum təşkil edilib

Daxili İşlər Nazirliyindən verilən açıqlamada hadisənin Belqradda Vladislav Ribnikar ibtidai məktəbində törədildiyi bildirilib. Məlumata görə sözügedən məktəbin 7-ci sinifinin şagirdi səhər saatlarında mühafizəçilərə və şagirdlərə atəş açıb. Hücum nəticəsində məktəbin mühafizəçisi həyatını itirib, xəsarət alan 5 şagird isə xəstəxanaya cəlb olunub. Hücumu atasına məxsus silahla törətdiyi ehtimal edilən uşaq isə nəzarətə götürülüb.



Әlaqәli Xәbәrlәr