ABŞ dövlət katibi Azərbaycan və Ermənistan dövlət başçılarına zəng etdi

E.Blinken: “Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin yaradılmasının sülh prosesinə etimadın zəiflədəcəyindən dərindən narahat olduq"

1981272
ABŞ dövlət katibi Azərbaycan və Ermənistan dövlət başçılarına zəng etdi

 

  ABŞ dövlət katibi Entoni Blinken aprelin 30-da Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyana zəng edib.

  ABŞ Dövlət Departamentinin sözçüsü Mett Miller E.Blinkenin Ermənistan və Azərbaycan dövlət başçıları ilə danışdığını bildirib.

  Azərbaycan prezidenti İlham Əliyevlə danışığında Entoni Blinkenə deyib: “Sülhün mümkün olduğuna inanırıq. Həmçinin Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin yaradılmasının sülh prosesinə etimadın zəiflədəcəyindən dərindən narahat olduq. Laçın dəhlizinin tez bir zamanda kommersiya və şəxsi avtomobillər üçün yenidən açılmasının vacibliyini də anlayırıq”.

  İlham Əliyev cavab olaraq bildirib: “Azərbaycan sülh gündəliyini dəstəkləyir. Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara başlamağın və münasibətlərin normallaşdırılmasının təşəbbüskarı məhz Azərbaycan olub. Bu xüsusda da Azərbaycan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip Ermənistana təklif edilib”.

  Azərbaycan-Ermənistan sərhədində "Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulması ilə əlaqədar prezident İ.Əliyev deyib ki, bu məntəqənin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib.

  Azərbaycan prezidenti onu da vurğulayıb ki, məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir.

  Telefon danışığı zamanı Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkənin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacağı qeyd edilib.

  ABŞ dövlət katibi E.Blinken N.Paşinyanla danışığında Cənubi Qafqazda davamlı sülhə nail olmağın yeganə yolunun birbaşa dialoq və diplomatiya olduğunu bir daha vurğulayıb.



Әlaqәli Xәbәrlәr