Sudanda silahlı münaqişə başlayandan bəri həlak olan dinc sakinlərin sayı

Sudan Həkimləri Həmkarlar İttifaqının bəyanatında bildirilir...

1981016
Sudanda silahlı münaqişə başlayandan bəri həlak olan dinc sakinlərin sayı

 

  Sudanda ordu ilə xüsusi təyinatlı qüvvələr arasında silahlı münaqişə başlayandan bəri 500-dən çox dinc sakin həlak olub, 2 mindən çox insan isə yaralanıb.

  Sudan Həkimləri Həmkarlar İttifaqının bəyanatında bildirilir: “Ölkədə hərbi əməliyyatlar başlayandan bəri 528 dinc sakin həlak olub, 4599 nəfər xəsarət alıb.

  Silahlı toqquşmaların getdiyi rayonlarda yerləşən 86 xəstəxanadan 61-i fəaliyyətini tam dayandırıb.

  Bundan başqa, 15 tibb müəssisəsi bombardmana məruz qalıb, 19 xəstəxananın personalı isə tam heyətdə təxliyə edilib".

  Xatırladaq ki, aprelin 15-də Merove və Xartum şəhərlərində xüsusi təyinatlı qüvvələrlə Sudan ordusu arasında toqquşmalar başlayıb.

  BMT yaxın günlərdə 270 min adamın qonşu ölkələrə, əsasən də Çad və ya Cənubi Sudana sığınacağını proqnozlaşdırır.



Әlaqәli Xәbәrlәr