Göyərtəsində 78 nəfərin olduğu qayıq batıb, ölənlər və itkin düşənlər var

İndoneziyada qayığın batması nəticəsində 11 nəfər həyatını itirib.

1980676
Göyərtəsində 78 nəfərin olduğu qayıq batıb, ölənlər və itkin düşənlər var

İndoneziyada qayığın batması nəticəsində 11 nəfər həyatını itirib.
Məlumata görə, qayığın göyərtəsində 78 nəfər olub.
Pekanbaru Axtarış və Xilasetmə Departamentinin direktoru Nyoman Sidhakarya batan qayıqdakı 78 nəfərdən 58 nəfəri xilas etdiklərini açıqlayıb.
Sidhakarya 11 nəfərin cəsədinin tapıldığını, 9 nəfərin isə itkin düşdüyünü qeyd edib.
Xilas edilənlərdən bəzilərinin müalicə olunduğunu bildirən Sidhakarya sərnişinlərin bayram münasibətilə getdikləri yerdən qayıtdıqlarını bildirib.
Faktla bağlı araşdırma aparılır. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Ölü sayının artacağı istisna edilmir.



Әlaqәli Xәbәrlәr