Bayden Şimali Koreyaya xəbərdarlıq edib

ABŞ prezidenti Bayden Şimali Koreyanın ABŞ və ya onun müttəfiqləri və tərəfdaşlarına qarşı nüvə zərbəsi endirməsinin “qəbuledilməz” olacağını bildirib və belə bir hərəkətin istənilən rejimin “sonunu gətirəcəyi” barədə xəbərdarlıq edib.

1980150
Bayden Şimali Koreyaya xəbərdarlıq edib

ABŞ prezidenti Bayden və Cənubi Koreya prezidenti Yoon Suk-yeol Ağ Evdə görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.

Bayden mətbuata açıqlamasında ikitərəfli əlaqələrin iqtisadiyyat, texnologiya və bir çox başqa sahədə inkişaf etdiyinə diqqət çəkib və bunu “uğur hekayəsi” olaraq xarakterizə edib.

İkitərəfli müdafiə razılaşmalarının güclü olduğunu ifadə edən Bayden Şimali Koreyanın nüvə fəaliyyətlərinə qarşı Koreya yarımadasında “genişlənmiş nüvənin qarşısının alınması” mövzusunda qərarlı olduqlarını da ifadə edib.

Bayden bu çərçivədə ölkəsi ilə Cənubi Koreya arasında “Vaşinqton Bəyannaməsi”nin imzalandığını və nüvə təhlükələri qarşısında danışıqlar aparmaq üçün iki ölkə arasında Nüvə Məsləhət Qrupunun (NCG) yaradılacağını bildirib.

Bayden Şimali Koreyanı təhdid edərək onun ABŞ və müttəfiqləri başda olmaqla tərəfdaşlarına qarşı nüvə zərbəsi endirməsinin “qəbuledilməz” olacağını və belə bir hərəkətin istənilən rejimi “məhv edəcəyini” deyib.

 



Әlaqәli Xәbәrlәr