62 ölkə Sudandan vətəndaşlarını təxliyə edib

Türkiye, ABŞ, Böyük Britaniya, Cənubi Koreya, Efiopiya, Pakistanla yanaşı, Avropa İttifaqı ölkələri, Asiya və Afrikanın müxtəlif dövlətləri də vətəndaşlarını təxliyə ediblər.

1979647
62 ölkə Sudandan vətəndaşlarını təxliyə edib

Dünyanın 62 ölkəsi Sudandan vətəndaşlarını təxliyə edib.

Yayılan məlumata görə, Türkiye, ABŞ, Böyük Britaniya, Cənubi Koreya, Efiopiya, Pakistanla yanaşı, Avropa İttifaqı ölkələri, Asiya və Afrikanın müxtəlif dövlətləri də vətəndaşlarını təxliyə ediblər.

Səudiyyə Ərəbistanı aprelin 26-dək 114-ü krallığın vətəndaşı olmaqla 2148 nəfəri Sudandan çıxarıb.

Xatırladaq ki, aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartum və digər şəhərlərində ordu ilə xüsusi təyinatlı qüvvələr arasında silahlı toqquşmalar başlayıb.
Sudan Xarici İşlər Nazirliyi, Suverenlik Şurasının sədri və ordu komandanı general Əbdülfəttah əl-Burhanın ordu ilə toqquşan xüsusi təyinatlı qüvvələrin ləğv edilməsi və üsyançı qüvvə elan edilməsinə qərar verdiyini və bu istiqamətdə hərəkətə keçəcəklərini açıqlayıb.



Әlaqәli Xәbәrlәr