Cozep Borrell Sudandan təxliyə səylərini yüksək qiymətləndirib

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, münaqişələrin hökm sürdüyü Sudandan vətəndaşların və diplomatların təxliyyə edilməsi səylərini yüksək qiymətləndirib.

1979126
Cozep Borrell Sudandan təxliyə səylərini yüksək qiymətləndirib

Borrell Lüksemburqda keçirilən Aİ Xarici İşlər Nazirləri Toplantısının sonunda jurnalistlərin ünvanladıqları sualları cavablandırıb.

“Aİ ölkələri təxliyyələr zamanı koordinasiyalı davrandılar və böhran mərkəzi sayəsində bunu bacardılar. Bu, gözlədiyimdən daha uğurlu reallaşdırıldı. İki gün ərzində 30 uçuş həyata keçirildi. Təxliyələrin bu qədər sürətlə reallaşmasını gözləmirdim. Bir gündə təxminən 1500 adam təxliyə edildi. Bu da birlikdə hərəkət etdikdə nəyə nail ola biləcəyimizin ən konkret göstəricisidir”-deyə Barrell bildirib.



Әlaqәli Xәbәrlәr