Kolumbiya ilə Venesuela arasında hərbi ittifaq quruldu

Sözügedən mövzu ilə bağlı Kolumbiya prezidenti Qustavo Petro deyib...

1978347
Kolumbiya ilə Venesuela arasında hərbi ittifaq quruldu

 

 

  Kolumbiya prezidenti Qustavo Petro silahlı üsyançı təşkilat - Milli Azadlıq Ordusu (ELN) ilə mübarizə çərçivəsində Venesuela ilə hərbi ittifaq qurduğunu elan etdi.

  Sözügedən mövzu ilə bağlı Q.Petro deyib: "Kolumbiyada zorakılığın kökünün kəsilməsi üçün proses mərhələli şəkildə gedir. ELN dekabrda razılaşdırılmış atəşkəsi qəbul etmədi. Artıq Venesuela və Kolumbiya hərbi qüvvələri ittifaq olaraq hərəkət edir və ELN-nin mal varlığını geri alır”.

  Kolumbiya mətbuatında çıxan xəbərlərə görə, iki qonşu ölkə arasında qurulan hərbi ittifaqla sərhəd xəttlərində də ortaq əməliyyatlar aparılır.

  Qeyd edək ki, Kolumbiyada martın 29-da silahlı üsyançı təşkilat ELN-in hərbi bazaya hücumu nəticəsində 10 əsgərin həlak olmasından sonra ölkə prezidenti Qustavo Petro onların nümayəndə heyətini qəbul edəcəyini bildirmişdi. Meksikanın paytaxtı Mexiko şəhərində Kolumbiya hökumətinin barış heyəti ilə ELN nümayəndələri arasında danışıqların ikinci raundu ELN-nin siyasi statusunun tanınması ilə fevralın 14-də başa çatmışdı.

 



Әlaqәli Xәbәrlәr