Kiyevə növbəti dəfə hava hücumu təşkil edilib

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə növbəti hava hücumu təşkil etdiyi bildirilib.

1977879
Kiyevə növbəti dəfə hava hücumu təşkil edilib

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə növbəti hava hücumu təşkil etdiyi bildirilib.
Bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko rəsmi internet səhifəsində verdiyi bəyanatda bildirib. O, rusların gecə saatlarında pilotsuz uçuş aparatları (PUA) ilə Kiyevə hücum etdiyini qeyd edib.
Sergey Popko deyib: "Düşmənin taktikası dəyişmədi. Qaranlıq düşən kimi  terror ölkəsi PUA-ları işə saldı".
Popko Rusiyanın hücumlarda yeni təhvil aldığı İran PUA-larından istifadə etdiyini irəli sürərək ümumilikdə 8 PUA-nın vurulduğunu qeyd edib.
Popko hücumlar zamanı insan tələfatı və dağıntının olmadığını vurğulayıb.
Ukrayna Baş Qərargahının sosial media hesabından edilən paylaşımda Rusiya ordusunun sutka ərzində Ukraynaya 23 hava hücumu təşkil etdiyi bildirilib. Paylaşımda həmçinin Rusiya qüvvələrinin Ukrayna qüvvələrinin mövqelərinə və yaşayış məntəqələrinə 49 hücum təşkil etdiyi bildirilib. Hücumlar nəticəsində həlak olanların olduğu və mülki infrastruktura ciddi ziyan dəydiyi qeyd olunub.


Etiketlәr: #PUA , #hücum , #Kiyev , #Ukrayna , #Rusiya

Әlaqәli Xәbәrlәr