İtaliyada qatar relsdən çıxıb

İtaliyanın Florensiya şəhərinin dəmir yolu stansiyasının ərazisində yük qatarının relsdən çıxması ciddi problemlər yaradıb.

1977710
İtaliyada qatar relsdən çıxıb

İtaliyanın Florensiya şəhərinin dəmir yolu stansiyasının ərazisində yük qatarının relsdən çıxması ciddi problemlər yaradıb.

İtaliyanın Dəmir Yolları İdarəsindən verilən məlumata görə, qəza Kastilo stansiyasında yerli vaxtla saat 03-15-də baş verib.

Məlumatda qəzanın dağıntılara səbəb olduğu bildirilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qəza nəticəsində İtaliyanın şimal-cənub istiqamətində şəhərlərarası və regional qatarların hərəkətində gecikmələr yaşanıb. Florensiya və Bolonya şəhərləri arasında dəmir yolu nəqliyyatının hərəkəti dayandırılıb. 

Paytaxt Romanın Termini stansiyasında da dəmir yolu hərəkəti iflic olub. Platformalarda sıxlıq yaranıb, yüzlərlə sərnişin problemlə üzləşib.

Bundan başqa, 160 nəfərin olduğu Milan-Salerno şəhərlərarası qatarın hərəkətində problem yarandığı və təhlükəsizlik qüvvələrinin qatardakı sərnişinləri təxliyə etmək üçün səylər göstərdiyi bildirilib.

 

 



Әlaqәli Xәbәrlәr