ABŞ Sudandakı səfirliyini təxliyə edir

Sudanda qarşıdurmaların davam etməsi Vaşinqtonu hərəkətə keçirib.

1977714
ABŞ Sudandakı səfirliyini təxliyə edir

ABŞ Müdafiə Nazirliyi Sudanda qarşıdurmaların şiddətlənməsi ilə Xartumdakı səfirliyin mümkün boşaldılmasında xidmət etmək üçün bölgəyə qoşun yeridəcəyini açıqlayıb.

Sudanda qarşıdurmaların davam etməsi Vaşinqtonu hərəkətə keçirib.

ABŞ-ın mətbuat orqanları Dövlət Departamentinin Konqresə Sudandakı təhlükəsizlik vəziyyətinin artıq Xartum səfirliyinin nizamlı şəkildə boşaldılmasına imkan vermədiyini, Xartum hava limanının bağlandığını və hərbi təxliyəyə ehtiyac olacağı barədə məlumat verdiyini irəli sürüb.

ABŞ Dövlət Departamenti məsələ ilə bağlı heç bir açıqlama verməsə də, Müdafiə Nazirliyi Xartumdakı səfirliyin mümkün təxliyəsi üçün  planların hazırlandığını açıqlayıb.

Pentaqonun sözçüsü polkovnik-leytenant Fil Ventura məsələ ilə bağlı açıqlamasında, “Müdafiə Nazirliyi ABŞ-nin Afrika Komandanlığı vasitəsilə Sudandakı vəziyyəti izləyir və müxtəlif gözlənilməz hadisələrə qarşı planlar qurur.  Bu kontekstdə ABŞ səfirliyinin əməkdaşlarının Sudanı təhlükəsiz tərk etməsini təmin etmək üçün lazım gəldikdə tədbir görmək üçün bölgədə əlavə imkanlar yaradılır”, - deyib.

Ventura təhlükəsizlik problemlərini əsas gətirərək, mümkün planlaşdırma və yerləşdirmə haqqında ətraflı məlumat verməkdən imtina etdi.

 


Etiketlәr: #Sudan , #ABŞ

Әlaqәli Xәbәrlәr