ABŞ-da ilk dəfə bir bələdiyyə Ramazanı dövlət bayramı elan etdi

Dearborn bələdiyyə sədri Abdullah Hammoud yerli mediaya açıqlamasında bildirib...

1977553
ABŞ-da ilk dəfə bir bələdiyyə Ramazanı dövlət bayramı elan etdi

 

  ABŞ-da ilk dəfə olaraq bir bələdiyyə Fitr bayramını dövlət bayramı elan edib.

  Miçiqan ştatının Dirborn şəhərində müsəlmanlar Fitr bayramının ilk gününü dövlət bayramı kimi keçirəcəklər.

  Dearborn bələdiyyə sədri Abdullah Hammoud yerli mediaya açıqlamasında "Bir bələdiyyə ilk dəfədir ki, Ramazan bayramını elan edir və sizin inancınız digərləri kimi rəsmi olaraq tanınır. Düşünürəm ki, bu, böyük əhəmiyyət kəsb edir" deyib.

  2021-ci ildə seçilən və Dirbornun ilk müsəlman bələdiyyə sədri olan Livan əsilli A.Hammud “müsəlman icmasının bu bayramda ilk dəfə olaraq doğulub böyüdükləri şəhərin bir parçası olduqlarını hiss edəcəklərini" bildirib.

  Qəbul edilən qərarla ABŞ-da ilk dəfə olaraq bir bələdiyyənin bütün işçilərinə Ramazan bayramının 21 aprel olan ilk günü ödənişli məzuniyyət veriləcəyi, bələdiyyə, məhkəmə və kitabxanalar kimi rəsmi qurumların bağlanacağı bildirilib.

  Bayramın ikinci günündə Dearborn Şurasının himayəsi ilə pulsuz Ramazan bayramı keçiriləcəyi də açıqlanıb.

  Dearborn ABŞ-da ən çox müsəlman əhalisi olan şəhər kimi tanınır və onun 110.000-ə yaxın əhalisinin təxminən yarısı ərəb mənşəlidir.

  ABŞ-da hər il Fitr bayramı getdikcə daha çox qəbul edilir, Nyu-York və Nyu-Cersi kimi müsəlman əhalisinin çox olduğu bəzi ştatlarda bayramın ilk günü məktəblər bağlanır.



Әlaqәli Xәbәrlәr