ÜST Sudanda tibbi mərkəzlərin hədəf alınmasını pisləyib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Sudanda davam edən qarşıdurmalar zamanı tibbi mərkəzlərin hədəf alınmasını pisləyib.

1977139
ÜST Sudanda tibbi mərkəzlərin hədəf alınmasını pisləyib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Sudanda davam edən qarşıdurmalar zamanı tibbi mərkəzlərin hədəf alınmasını pisləyib.
ÜST-dən verilən bəyanatda Sudandakı qarşıdurmaların mülki əhaliyə mənfi təsir etdiyi qeyd edilib.
Ölkədə tibbi mərkəzlərə və tibb işçilərinə edilən hücumların pisləndiyi bəyanatda azı 3 tibb işçisinin həyatını itirdiyi, 2-nin isə yaralandığı vurğulanıb.
Bəyanatda bildirilib ki, tibbi mərkəzlərə və personalına edilən hücumlar və təcili tibbi yardım maşınlarının oğurlanması halları səhiyyə sisteminə mənfi təsir etdi.Yaşananlar ölüm hallarının artmasına səbəb oldu.
"Münaqişə tərəfləri xəstələrin, tibb işçilərinin və təcili yardım maşınlarının hər zaman xəstəxanaya təhlükəsiz girişini təmin etməlidir", - deyə bəyanatda deyilir. 
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Sudanda 9-u paytaxt Xartumda olmaqla 16 xəstəxana hücumlar səbəbindən yararsız hala düşüb.

Aprelin 15-i səhər saatlarında Xartum və müxtəlif şəhərlərdə Sudan ordusu ilə xüsusi təyinatlı qüvvələr arasında silahlı toqquşmalar başlayıb.
Ordu ilə xüsusi təyinatlı qüvvələr arasında ''Xüsusi təyinatlı qüvvələrin orduya qatılması''nı nəzərdə tutan hərbi islahatla bağlı yaşanan anlaşılmazlıq qarşıdurmaya çevrilmişdi.

Toqquşmalarda 270 nəfərin həyatını itirdiyi, 2600-dən çox mülki vətəndaş və əsgərin yaralandığı açıqlanıb. Humanitar yardımların çatdırılması, mülki vətəndaşların və yaralıların təxliyəsi üçün elan edilən 24 saatlıq müvəqqəti atəşkəs Sudan vaxtı ilə saat 18:00-dan etibarən qüvvəyə minib.



Әlaqәli Xәbәrlәr