Pentaqonun YPG-yə dəstəyi

Patrik Rayder 2014-cü ildən Suriyada "SDG" adından istifadə edən YPG terror təşkilatı ilə əməkdaşlıq etdiklərini bildirib.

1974917
Pentaqonun YPG-yə dəstəyi

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü, briqada generalı Patrik Rayder 2014-cü ildən Suriyada "SDG" adından istifadə edən YPG terror təşkilatı ilə əməkdaşlıq etdiklərini bildirib.

Pentaqon sözçüsü gündəlik mətbuat konfransında ABŞ əsgərlərinin Suriyada "SDG" adından istifadə edən YPG/PKK terror təşkilatının dırnaqarası başçısı Fərhat Abdi Şahinlə eyni maşında olması və İraqın şimalında hansı vəzifədə müşayiət etdiyinə dair suallara cavab verib. 

P.Rayder ABŞ əsgərlərinin PKK ilə əlaqəsi səbəbiylə Türkiye üçün qanuni hədəf olan terror təşkilatının dırnaqarası başçısına müşayiət etməsinin onları narahat edib-etməməsi ilə bağlı suala "narahat olmadıqlarını" deyib.

“Biz 2014-2015-ci illərdən SDG ilə əməkdaşlıq edirik. Uzun müddətdir münasibətimiz var. Onlar PKK deyil. DEAŞ-ı məğlub etmək üçün tərəfdaş olmuşuq. Uzun müddətdir ki, birgə əməliyyatlar aparırıq”, -deyə o qeyd edib. 

ABŞ kəşfiyyat və müdafiə hesabatlarının əksini bildirməsinə baxmayaraq, Rayder SDG-nin PKK olmadığını iddia edib.

Rayder aprelin 7-də İraqın Süleymaniyyə şəhərində ABŞ əsgərlərinin də olduğu hərəkətdə olan konvoya atəş açıldığını, sursatların konvoya 100 metr məsafəyə düşdüyünü, lakin itkilərin olmadığını, Amerika əsgərlərinin "DEAŞ-a qarşı mübarizə çərçivəsində" orada olduqlarını irəli sürüb.



Әlaqәli Xәbәrlәr