Körfəz Əməkdaşlıq Şurasının üzvləri Suriya məsələsini müzakirə edəcək

Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) üzvləri və bəzi ərəb ölkələri Suriya məsələsini müzakirə etmək üçün cümə günü Səudiyyə Ərəbistanının Ciddə şəhərində bir araya gələcək.

1973497

Qətər xəbər agentliyinə müsahibə verən Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Saninin cümə günü Ciddəyə gedəcəyini və Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) üzvləri ilə Suriya  məsələsini müzakirə edəcəyini bildirib.
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü ölkəsinin məsələ ilə bağlı mövqeyinin sabit olduğunu və dəyişmədiyini qeyd edib.
Ərəb Liqası Suriyadakı vətəndaş müharibəsi səbəbindən 12 noyabr 2011-ci ildə Əsəd rejiminin liqaya üzvlüyünü dayandırıb.

Әlaqәli Xәbәrlәr