BMT-dən Efiopiyaya göndərilən ərzaq oğurlanıb

WFP-nin Efiopiya üzrə direktoru Klod Cibidar (Claude Jibidar) ölkədə birlikdə çalışdıqları yardım təşkilatlarına yazdığı məktubda BMT qida yardımlarının bazarlarda satıldığını bildirərək səlahiyyətlərindən sui-istifadə edənlərin ifşa olunmasını tələb edib

1973374
BMT-dən Efiopiyaya göndərilən ərzaq oğurlanıb

 

  Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı (WFP) tərəfindən Efiopiyaya göndərilən ərzaq yardımı ləvazimatının oğurlandığı müəyyən olunub.

  WFP-nin Efiopiya üzrə direktoru Klod Cibidar (Claude Jibidar) ölkədə birlikdə çalışdıqları yardım təşkilatlarına yazdığı məktubda BMT qida yardımlarının bazarlarda satıldığını bildirərək səlahiyyətlərindən sui-istifadə edənlərin ifşa olunmasını tələb edib.

  K.Cibidar bəzi marketlərdə iri miqyaslı ərzaq satışının həyata keçirildiyini və bu vəziyyətin həm BMT-nin nüfuzunu itirməsi, həm də ehtiyacı olanlar üçün daha çox vəsait ayrılması təhlükəsi yaratdığını bildirib.

  Birləşmiş Millətlər Təşkilatı Ümumdünya Ərzaq Proqramı (WFP) üzrə direktor humanitar tərəfdaşları hər hansı sui-istifadə halları ilə bağlı məlumatları paylaşmağa və bu məsələyə qarşı təcili tədbirlər görülməsinə çağırıb.

  BMT-nin qida yardımı Efiopiyanın Tiqray əyalətindəki Şerarodan oğurlanıb. Ləvazimatların 100 min nəfərə çatacaq qədər olduğu bildirilib.

  Qeyd edək ki, Tiqray və ətrafında yüz minlərlə adamın didərgin düşməsi ilə nəticələnən və 2022-ci ilin sonunda başa çatan müharibə bölgədə böyük humanitar dram yaradıb.



Әlaqәli Xәbәrlәr